Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri "FAB Boya"da
calendar-icon

02.06.2018

Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri  "FAB Boya"da
  • Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri  "FAB Boya"da

Ölkə iqtisadiyyatının inkişafı yolunda səy və bacarığını əsirgəməyən, fəaliyyətini bu istiqamətdə quran "FAB Boya və Kimya Sənayesi" MMC gənclərlə daim sıx əlaqələr yaradır. Məqsəd onları nəzəri biliklərin istehsalata tətbiqi ilə əyani şəkildə tanış etmək, yerli ,savadlı kadrların formalaşdırılmasına dəstək göstərməkdir.

02.06.2018-ci il tarixində şirkətimizin qonağı Azərbaycan Gənc Mühəndislər Cəmiyyətinin üzvləri idilər. Qonaqlar "FAB Boya"nın istehsal sahələri, keyfiyyətə nəzarət laboratoriyaları, həmçinin hazır məhsulun depolanması proseslərini yaxından izlədilər. Çoxsaylı sualları cavablandıran şirkət əməkdaşları gənclərlə ünsiyyətdən, həmçinin onların bilik səviyyəsindən və təhsilə, istehsalat sahəsinə göstərdikləri maraqdan məmnun qaldıqlarını vurğuladılar.

"FAB Boya və Kimya Sənayesi" MMC adından Gənc Mühəndislər Cəmiyyətinin üzvlərinə, cəmiyyətin sədri Elvin Səfərli başda olmaqla həyatda və gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Görüşün sonunda qonaqlar nahar süfrəsinə dəvət olundular və simvolik hədiyyələrlə təltifləndirildilər.

Digər xəbər yazıları

other-news card img

BİRLİK RUHUNDA YENİ İL

25.02.2026

other-news card img

EMAL SƏNAYESİ ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİNİN TƏLƏBƏLƏRİ FABDA

25.02.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

24.02.2026

other-news card img

Tanınmış interyer dizayner Günay Hüseyn və tələbələri FAB Boyada

21.08.2025