VII FAB Futbol Çempionatda həyəcan dolu oyunlar
calendar-icon

25.04.2025

VII FAB Futbol Çempionatda həyəcan dolu oyunlar
  • VII FAB Futbol Çempionatda həyəcan dolu oyunlar

25 aprel 2025-ci il tarixində FAB İdman Arenasında yeddinci daxili FAB Futbol Çempionatının növbəti oyunları keçirildi. Qarşılaşmalar maraqlı anlarla yadda qaldı. Günün ilk oyunu “OMİD Arena” və “Ofis” komandaları arasında baş tutdu. Hər iki komanda son dəqiqəyə qədər qələbə uğrunda mübarizə aparsa da, qalib müəyyənləşmədi. Oyun 2:2 hesabı ilə başa çatdı.

Günün ikinci matçı isə “OMİD Dərnəgül” və “Anbar” komandaları arasında oldu. Əzmkar çıxışı ilə yadda qalan “OMİD Dərnəgül” rəqibi üzərində 2:1 hesablı qələbə qazanaraq çempionatda iddialı olduğunu göstərdi.

Turnirdə rəqabət günü-gündən artır.

VII FAB Futbol Çempionatı futbolsevərlərə maraqlı anlar vəd edir. Bizi izləməyə davam edin.

Digər xəbər yazıları

other-news card img

BİRLİK RUHUNDA YENİ İL

25.02.2026

other-news card img

EMAL SƏNAYESİ ÜZRƏ BAKI DÖVLƏT PEŞƏ TƏHSİL MƏRKƏZİNİN TƏLƏBƏLƏRİ FABDA

25.02.2026

other-news card img

FAB ŞİRKƏTLƏR QRUPU AZTƏMİNATLI AİLƏLƏRƏ YARDIM EDİB

24.02.2026

other-news card img

Tanınmış interyer dizayner Günay Hüseyn və tələbələri FAB Boyada

21.08.2025